ABŞ Maduroya Türkiyədə sığınacaq təklif edibmiş

23 dekabr 2025-ci ildə ABŞ Venesuela prezidenti Nikolas Maduroya ölkəsini tərk edərək Türkiyəyə getməyi təklif edib, lakin Venesuela lideri "planı qəzəblə rədd edib".

Rəsmi şəxsin sözlərinə görə, Maduronun reaksiyası Vaşinqtonun təkliflərini ciddi şəkildə nəzərdən keçirmək niyyətində olmadığını açıq şəkildə göstərib.

Qeyd edək ki, dekabrın 5-də Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan Maduroya zəng vurub. Prezident dəftərxanasının yaydığı məlumatda bildirilir ki, Ərdoğan söhbət zamanı ABŞ-la dialoqun davam etdirilməsinin vacibliyini vurğulayıb.

Türkiyə prezidenti həmçinin Maduroya problemlərin dialoq yolu ilə həll edilə biləcəyinə əminliyini bildirib və Türkiyənin bu yanaşmanı bütün beynəlxalq forumlarda dəstəklədiyini vurğulayıb.

Ərdoğanın bu danışıq zamanı ABŞ və Venesuela arasında açıq ünsiyyət kanallarına ehtiyac olduğunu vurğulaması göstərir ki, Maduronun Türkiyəyə getməsi onunla razılaşdırılıbmış. Böyük ehtimal ki, Maduro ilə danışıqda bu variant müzakirə olunub.
  • Sosial şəbəkədə paylaş