Uqo Çavesin heykəlini dağıtdılar

Venesuela sosial şəbəkələrində yayılan videolarda ölkə vətəndaşlarının keçmiş prezident Uqo Çavesin abidəsini nümayişkaranə şəkildə təhqir edərək dağıdıb.

Yayılan materiallarda bir qrup şəxsin Çavesin heykəlini aşırdığı, ona qarşı açıq aqressiya nümayiş etdirdiyi görünür. Rəsmi qurumlar hələlik videonun autentikliyi və hadisənin detalları ilə bağlı açıqlama verməyib.

Xatırladaq ki, Uqo Çavesin hakimiyyəti dövründə – xüsusən 2000-ci illərdə neft gəlirlərinin rekord həddə çatdığı vaxtlarda – Venesuelada əsas iqtisadi sahələr, ilk növbədə neft və enerji sektoru milliləşdirilmişdi. Məhz həmin dövrdə formalaşan siyasi və iqtisadi kurs ölkənin indiki sosial-iqtisadi modelinin təməlini qoyub.
  • Sosial şəbəkədə paylaş