ABŞ-ın Venesuelada keçirdiyi hərbi əməliyyat nəticəsində ölənlərin sayı artıb.
The New York Times nəşrinin yaydığı məlumata görə, əməliyyat zamanı həlak olanların sayı artıq 80 nəfərə çatıb.
Məlumatda bildirilir ki, itkilərin əksəriyyəti əməliyyatların aparıldığı ərazilərdə baş verən toqquşmalar və hava zərbələri ilə bağlıdır. Hadisələr fonunda ölkədə humanitar vəziyyətin daha da ağırlaşdığı qeyd olunur.
Qeyd edilir ki, ABŞ-ın Venesuelaya qarşı hərbi addımları beynəlxalq aləmdə ciddi müzakirələrə səbəb olub. Bir sıra ölkələr və beynəlxalq təşkilatlar baş verənlərdən narahatlıq ifadə edərək zorakılığın dayandırılmasına çağırıblar.