Tramp: Rodriqes Maduronun taleyini yaşamaq riski daşıyır

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Venesuelanın Vitse-prezidenti, dövlət başçısı vəzifəsini icra edən Delsi Rodriqesin hərəkətləri rəsmi Vaşinqtonu qane etməsə, o, bunun bədəlini ödəyəcək.

Tramp bu açıqlamanı "The Atlantic"ə müsahibəsində verib.

Trampın sözlərinə görə, əgər o, düzgün iş görməsə, çox yüksək bədəl ödəyəcək, bəlkə də ABŞ tərəfindən ələkeçirilmiş Prezident Nikolas Madurodan da ağır bədəl ödəyəcək.
  • Sosial şəbəkədə paylaş