Venesuelada devrilmiş prezident Nikolas Maduronun tərəfdarları silahlı çevrilişə cəhd göstərib.
Özlərini "çavestlər" adlandıran bu qrup ölkənin müvəqqəti prezidenti Delsi Rodrigezin ABŞ-la əməkdaşlıq qərarından narazıdır.
Xatırladaq ki, bir gün əvvəl ABŞ prezidenti Donald Tramp Delsi Rodrigezin Vaşinqtonla işləməyə razılaşdığını açıqlayıb. Trampın sözlərinə görə, Rodrigez Nikolas Maduroya yaxın fiqur olmasına baxmayaraq ABŞ-la əməkdaşlığa razılıq verib.
Bu açıqlama Venesuela elitasında ciddi narazılıq və tənqid dalğasına səbəb olub.
Qeyd edək ki, "çavestlər" Venesuelanın sabiq lideri Uqo Çaves tərəfindən formalaşdırılmış sol ideologiyanın tərəfdarlarıdır. Bu ideologiyanın davamçıları arasında Nikolas Maduro və onun həyat yoldaşı Siliya Flores də var.
Karakasda mümkün dövlət çevrilişi ilə bağlı məlumatlardan sonra hökumət binaları təcili şəkildə boşaldılıb. Hadisə şahidlərinin sözlərinə görə, şəhər üzərində pilotsuz uçuş aparatları (PUA) müşahidə olunub. Ordu həyəcan siqnalı verərək dronlara atəş açıb. Hərbçilərin bildirdiyinə görə, vurulan PUA-ların bir qisminin "özlərinə məxsus" olduğu ehtimal edilir.
Paytaxtda panika yaşanıb. AFP agentliyinin Venesuela hökumətinə yaxın mənbəyə istinadən verdiyi məlumata görə, təhlükəsizlik qüvvələri naməlum pilotsuz aparatlara atəş açıb və vəziyyət hazırda nəzarət altındadır.
Venesuelanın Rabitə Nazirliyi isə açıqlamasında Karakasın mərkəzində yaşanan qarışıqlığın icazəsiz buraxılan dronların uçuşu ilə bağlı olduğunu və bu gün baş verən hadisələrin əsas səbəbinin məhz bununla əlaqəli olduğunu bildirib.