Son məlumatlara görə, ölkənin ən azı üç böyük şəhərində vəziyyət etirazçıların nəzarəti altına keçib və rəsmi Tehran hadisələrin qarşısını almaqda ciddi çətinlik yaşayır.
Müxtəlif sosial şəbəkələrdə yayılan videolardan və sosial mediada gedən xəbərlərdən aydın olur ki, etirazlar həm farsların sıx yaşadığı bölgələrdə, həm də digər etnik qrupların məskunlaşdığı ərazilərdə eyni intensivliklə davam edir. Qarşıdurmalar zamanı ölən və yaralananların sayının az olmadığı bildirilir. İran hökuməti isə vəziyyəti nə nəzarətə götürə, nə də etiraz dalğasını səngidə bilir.
Etirazçılar rəsmi Tehrana bağlı simvolları, dövlət atributlarını, bayraqları, eləcə də heykəl və abidələri hədəf alırlar. Onlar ya yandırılır, ya da nümayişkaranə şəkildə aşırılır.
Sosial şəbəkələrdə yayılan kadrlarda Fars əyalətinin mərkəzində yerləşən Süleymani heykəlinin etirazçılar tərəfindən aşırıldığı görünür.