Fransa “Böyük yeddilik” (G7) sammitinin tarixlərini dəyişib

Fransa “Böyük yeddilik” (G7) sammitinin tarixlərini dəyişib. Buna səbəb görüşün 14 iyuna — Donald Trampın ad gününə və həmin gün Ağ Evdə keçirilməsi planlaşdırılan UFC turnirinə təsadüf etməsi olub.

Məlumata əsasən, sammitin idman şousu ilə üst-üstə düşməməsi üçün tədbirin vaxtı irəli çəkilib. Nəticədə G7 liderlərinin görüşü 15–17 iyun tarixlərində Fransanın Evi-an-le-Ben şəhərində keçiriləcək.

Qeyd olunur ki, qeyri-adi səbəblə tarix dəyişikliyi diplomatik kulislərdə diqqət çəkib və G7 kimi ciddi siyasi platformanın ABŞ daxili gündəliyindən təsirlənməsi xüsusi müzakirələrə yol açıb.
  • Sosial şəbəkədə paylaş