Tailandda kran qatarın üzərinə düşüb, 22 nəfər ölüb

Tailandın Nakhon Ratçasima əyalətində qaldırıcı kran qatarın üzərinə aşıb.

Hadisə səhər saatlarında Sixio rayonunda yüksəksürətli dəmir yolu xəttinin inşaat aparılan hissəsində baş verib. Qaldırıcı kranın hərəkətdə olan qatarın üzərinə aşması nəticəsində nəqliyyat vasitəsi relsdən çıxıb. Qəza nəticəsində 22 nəfər ölüb.

Hadisə yerində axtarış-xilasetmə işləri davam edir.
  • Sosial şəbəkədə paylaş