İranda xakerlər televiziya kanalları ƏLƏ KEÇİRİLDİ

İranda naməlum hakerlər dövlət televiziya kanallarının peyk yayımlarına giriş əldə edərək, adi yayımı ölkənin son şahının oğlu Rza Pəhləvinin müraciəti ilə əvəz ediblər.

O, çıxışında İran ordusunu etirazçıların tərəfini tutmağa və ali lider Əli Xameneinin devrilməsini asanlaşdırmağa çağırıb.

Haker hücumunun videosu Təl-Əviv İnstitutunun təsisçisi, bloger və publisist Hen Mazzig tərəfindən "X" sosial media platformasında yerləşdirilib.

Görüntülərdə fars dilində şüarlar və yayımı izləyən insanların reaksiyaları əks olunub.

Bəzi videolarda həmçinin Fridrix Mertsin İrandakı etirazçılara dəstəyini ifadə etdiyi mətbuat konfransının görüntüləri də var.
  • Sosial şəbəkədə paylaş