Ərdəbilli molladan 20 yanvar hadisələrində ABŞ-nın rolu barədə AÇIQLAMA

Ərdəbilin imam cüməsi Həsən Amuli “Səhər TV”də çıxışı zamanı 20 Yanvar faciəsi barədə danışıb.

Əyalət mollası bu dəfə həmin faciəyə yeni “ad” qoyub.

Həsən Amuli bildirib ki, 20 Yanvar hadisələri təkcə faciə deyil, eyni zamanda “Dünya Müsəlman Azərbaycanlılarının Birliyi Günü” kimi dəyərləndirilməlidir. Bununla da kifayətlənməyən molla daha irəli gedərək iddia edib ki, həmin günlərdə ABŞ sovet qoşunlarına dəstək verib.

Bu açıqlama istər tarixi faktlar baxımından, istərsə də siyasi məntiq nöqteyi-nəzərindən ciddi suallar doğurur.
  • Sosial şəbəkədə paylaş