Şahın oğlu İrana ZƏRBƏ endirməyə çağırdı

İranın sonuncu şahı Məhəmmədrza Pəhləvinin oğlu Rza Pəhləvinin ABŞ-nin “Foks Nyus” telekanalına verdiyi son açıqlamalar diqqət çəkib.

Pəhləvilər nəslinin nümayəndəsi dolayısı ilə deyib ki, xalq Trampın yolunu gözləyir. Onun fikrincə, Ağ Ev sahibi sözünü tutan, sülh tərəfdarı və insan həyatı üçün məsuliyyət daşıyan liderdir. Pəhləvi bu kontekstdə ABŞ-nin açıq dəstəyinin, xüsusilə də repressiya alətlərinin aradan qaldırılmasının və etirazçıların müdafiəsinin vacib olduğunu qeyd edib
  • Sosial şəbəkədə paylaş