ABŞ-də Miqrasiya və Gömrük Xidməti (ICE) əməkdaşları Minnesota ştatında keçirdikləri əməliyyat zamanı 5 yaşlı uşaq və onun atasını saxlayıblar. Məktəb rəhbərliyi və ailənin vəkili azyaşlının atası ilə birlikdə nəzarətə götürüldüyünü təsdiqləyib.
Media xəbər verir ki, məktəbəqədər təhsil alan Liam Ramos atası Adrian Aleksandr Conejo Arias ilə birlikdə evlərinin qarşısında olarkən ICE əməkdaşları tərəfindən saxlanılıb.
Azyaşlının atasına qoşularaq aparılması bölgədə ciddi narazılıq yaradıb.
ABŞ Daxili Təhlükəsizlik Nazirliyi (DHS) bildirib ki, əməliyyatın hədəfi uşaq olmayıb. Nazirliyin iddiasına görə, ata “qanunsuz miqrant” statusunda olub və agentləri görəndə qaçmağa cəhd edib, övladını isə “tərk edib”.
ICE isə sosial şəbəkələrdə yaydığı açıqlamada uşağın saxlanılması ilə bağlı iddiaları təkzib edərək bildirib ki, əməkdaşlar şaxtalı havada azyaşlının təhlükəsizliyini təmin ediblər. Qurumun məlumatına görə, ailə uşağı təhvil almaqdan imtina edib, ata isə onun özü ilə qalmasını istəyib.
Ailənin vəkili Mark Prokoş mətbuat konfransında bildirib ki, Liam və atası 2024-cü ildə Ekvadordan ABŞ-a sığınacaq üçün müraciət ediblər və bütün hüquqi prosedurları tam şəkildə yerinə yetiriblər. O, ailənin ICE əməkdaşlarından qaçmadığını xüsusi vurğulayıb.
Kolumbiya Hayts məktəb dairəsinin rəhbəri Zena Stenvik qeyd edib ki, azyaşlı uşaq cinayətkar kimi qiymətləndirilə bilməz. Məktəb idarə heyətinin üzvü Meri Qranlund isə hadisə yerində olduğunu və uşağı öz himayəsinə götürmək istədiyini, lakin buna icazə verilmədiyini deyib.
ABŞ-nin vitse-prezidenti Cey Di Vens Minnesota səfəri zamanı ICE əməkdaşlarını müdafiə edib. O bildirib ki, atanın qaçmağa çalışması səbəbindən agentlərin başqa çıxış yolu qalmayıb:
“Uşağın donaraq ölməsinə icazə verməli idilər?”