“Qlobal qeyri-sabitlik ölkələri öz müdafiələri haqqında daha çox düşünməyə sövq edir. Bu, çox güman ki, nüvə dövlətlərinin sayının artmasına səbəb olacaq”.
Bu barədə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev "Kommersant" qəzetinə verdiyi müsahibədə bildirib.
2004-2008-ci illərdə Rusiya Federasiyasının prezidenti olmuş Medvedyev qlobal nizamda yaranan çatlaqları bir sıra ölkələri özlərini ən effektiv şəkildə necə müdafiə edəcəklərini düşünməyə sövq edəcəyini qeyd edərək deyib: "Bəzi ölkələrin öz müdafiələri üçün ən optimal variantın nüvə silahı əldə etmək olduğuna qərar verməsi mümkündür".
"İnanıram ki, "nüvə klubu" ətrafındakı bütün narazılıqlara baxmayaraq, gələcəkdə genişlənməyə davam edəcək", - deyə RF Təhlükəsizlik Şurasının sədr müavini yekunlaşdırıb.
Qeyd edək ki, hazırda “nüvə klubu”nun 9 üzvü var. Bunlar aşağıdakı dövlətlərdir: ABŞ, Rusiya, Çin, Böyük Britaniya, Fransa, Hindistan, Pakistan, Şimali Koreya və İsrail. Sonuncu dövlət nüvə silahına malik olduğunu etiraf etmir. İranın bu kluba üzv olmaq üçün çalşması isə beynəlxalq gərginlik predmetidir.