TV CANLI
Avropa
Avropa
Ukraynada 72 yaşlı təqaüdçü kişi beş nəfəri öldürüb
10 fevral 2026 14:24 (UTC +04:00)
Ukraynanın Rovensk vilayətinin Sudobiçi kəndində 72 yaşlı təqaüdçü beş nəfəri qətlə yetirib.
APA xəbər verir ki, bu barədə “RBK-Ukrayna” vilayətin polis idarəsinə istinadən məlumat yayıb.
Bildirilir ki, məcburi köçkünlərin yaşadığı binada 72 yaşlı kişi ilə digər sakinlər arasında mübahisə yaranıb və bu, sonradan əlbəyaxa davaya çevrilib.
Təqaüdçü kişi beş nəfərə çəkic və balta ilə zərbələr endirməyə başlayıb. Aldığı xəsarətlərdən hadisə yerində ikisi kişi və üçü qadın olmaqla, 5 nəfər ölüb.