Şahzadə Harri Kiyevə gözlənilməz səfər edib

Böyük Britaniya şahzadəsi Harri Kiyevə elan olunmamış səfərə gedib.

“Şahzadə Harri Kiyev Təhlükəsizlik Forumunun dəvəti ilə Ukraynaya gəlib”, - deyə bildirilir.

Şahzadənin tədbir iştirakçıları qarşısında çıxış etməsi planlaşdırılır. Onun Ukraynaya bundan əvvəlki səfəri 2025-ci ilin sentyabrında olub.

Şahzadə Harri və həyat yoldaşı Meqan Markl 2020-ci ildə Britaniya kral ailəsinin yüksəkvəzifəli üzvləri sırasından çıxıblar. Həmin tarixdən bəri cütlük monarxı rəsmi olaraq səfərlərdə təmsil etməyi, digər mərasim vəzifələrini yerinə yetirməyi və ya əlahəzrət titulundan istifadəni dayandırıblar. Onlar ABŞ-yə köçərək Kaliforniya ştatının Santa Barbara şəhərində ev alıblar.
  • Sosial şəbəkədə paylaş