“Hizbullah” qruplaşması Livanın cənubundakı kəndə edilən hücuma cavab olaraq İsrail qüvvələrinə məxsus nəqliyyat vasitəsinə atəş açıb.
Bu barədə hərəkatın sosial media hesabında dərc olunmuş bəyanatda deyilir. Bəyanatda “Hizbullah” döyüşçülərinin ölkənin cənubundakı El-Qantara kəndində “Hummer” avtomobilinə hücum etdiyi bildirilir. Hərəkat hədəfin məhv edildiyini vurğulayır.
Qeyd edək ki, aprelin 17-də tərəflər arasında 10 günlük atəşkəs rejiminin əldə olunmasına baxmayaraq, İsrailin Livanın cənubundakı bir kəndə hücumu nəticəsində iki nəfər həlak olub.