İlham Əliyev və Paşinyanın əl sıxması diqqət çəkdi

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Sülh Şurasının ilk iclasında baş verən diqqətçəkən məqam barədə açıqlama verib.

Onun sözlərinə görə böyük hərflərlə yazılmış “SÜLH” sözünün fonunda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın əl sıxması sadəcə təsadüf deyil, dərin simvolik məna daşıyır.

Hacıyev bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sülh Şurasının təsisçi dövlətinin nümayəndəsi kimi ilk iclasda iştirak edib. Şuranın təsisçi sədri qismində çıxış edən Donald Tramp isə Azərbaycan və Ermənistan arasında sülh gündəliyinin əhəmiyyətini bir daha vurğulayıb.
  • Sosial şəbəkədə paylaş