Pakistan tankeri ABŞ esminsetlərinin yanından keçdi

ABŞ-ın elan etdiyi rəsmi dəniz blokadasından sonra dünya birjalarının və hərbi ekspertlərin diqqətlə izlədiyi Hörmüz boğazında tarixi hadisə baş verib.

"MarineTraffic" gəmi izləmə sisteminin məlumatlarına görə, Pakistan bayrağı altında üzən "Shalamar" tankeri blokada tətbiq olunandan bəri boğazı yükü ilə birlikdə tərk edən ilk neft daşıyan gəmi kimi qeydə alınıb.

Pakistanın "Shalamar" tankeri cümə axşamı gecə saatlarında Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) təxminən 450 min barel xam neft yüklədikdən sonra Hörmüz boğazını keçərək Oman körfəzinə daxil olub. Bu, ABŞ raket esminsetlərinin ərazidə tam nəzarəti ələ almasından bəri reallaşan ilk uğurlu manevrdir.
  • Sosial şəbəkədə paylaş