Xırdalanda qətl hadisəsi qeydə alınıb

Hadisə "Kristal Abşeron 1" yaşayış kompleksində baş verib.

İlkin məlumata görə, binada yaşayan Ruhin Əliyev qətlə yetirilib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Əraziyə baxış keçirilir, faktla bağlı araşdırmalara başlanılıb.

Qətlin hansı şəraitdə törədildiyi və hadisənin digər təfərrüatları araşdırma yekunlaşdıqdan sonra məlum olacaq.
  • Sosial şəbəkədə paylaş