ABŞ prezidenti Donald Tramp İranın ali lideri Müctəba Xamenei ilə şəxsi görüş keçirmək istədiyini bəyan edib və gələcəkdə bu növ danışıqların baş tutma ehtimalını istisna etməyib.
ABŞ lideri bu barədə “The New York Post” qəzetinə verdiyi müsahibəsində danışıb.
Tramp nizamlanma prosesinin bütün əsas iştirakçıları ilə görüşməyə hazır olduğunu xüsusi vurğulayıb.
“Mən onunla görüşmək istərdim. Hər kəslə görüşmək istərdim. İşlərin necə gedəcəyindən asılı olaraq, yəqin ki, nə vaxtsa görüşəcəyik”, - deyə Amerika lideri qeyd edib.
Tramp həmçinin Xameneinin Tehran və Vaşinqton arasındakı danışıqlarda birbaşa iştirak etdiyinə və silahlı münaqişənin dayandırılması ilə bağlı qərarların qəbulunda mühüm rol oynadığına əminliyini ifadə edib.
ABŞ prezidentinin sözlərinə görə, İranın ali lideri qərar qəbulu prosesində “şübhəsiz ki, iştirak edir” və iki ölkə arasındakı danışıqların gedişatına birbaşa təsir göstərir.