İsrailin "Ynet" portalı və aparıcı kütləvi informasiya vasitələri ölkənin rəsmi diplomatik dairələrindən sızan şok məlumatlara istinadən xəbər verir ki, Baş nazir Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampın regional planlarına qarşı açıq şəkildə üsyan edib.
Netanyahu amerikalı liderlə keçirdiyi olduqca gərgin və qapalı danışıqlar zamanı İsrail ordusunun Livan ərazisindən çıxarılmayacağını və Vaşinqtonun İranla əldə etdiyi tarixi kompromis müqaviləsindəki "Livan bəndini" qətiyyətlə rədd etdiyini bildirib.
Nəşrlərin əldə etdiyi kulis məlumatlarına görə, Ağ Evin İranla apardığı gizli danışıqlardan Netanyahunun son ana qədər xəbəri olmayıb. Bu səbəbdən rəsmi Təl-Əviv ABŞ-ın Yaxın Şərqdə hərbi əməliyyatları, o cümlədən Livan cəbhəsini dondurmaq tələbini öz təhlükəsizliyinə birbaşa təhdid kimi qiymətləndirib. İsrail hökumətinin təcili iclasında nazirlərin tam dəstəyini alan Netanyahu bəyan edib ki, İsrail Müdafiə Ordusu (SAXAL) Livanda hazırda tutduğu strateji mövqelərdə qalacaq və "Hizbullah" hərəkatının hərbi infrastrukturunu tamamilə məhv edənə qədər müstəqil əməliyyatlarını davam etdirəcək.
İsrail rəhbərliyinin bu barışmaz mövqeyi və ABŞ-İran sazişini tanımaması, regional atəşkəs ümidlərinə ağır zərbə vurmaqla yanaşı, Vaşinqton ilə onun ən yaxın müttəfiqi olan Təl-Əviv arasında son illərin ən böyük siyasi və diplomatik böhranına yol açıb.