Türkiyədə fişəng fabrikində partlayış baş verib, ölən və xəsarət alan var

Türkiyədə fabrikdə yanğınla müşayiət olunan partlayış baş verib.

NTV-nin xəbərinə görə, hadisə Niğdenin Bor rayonunda yerləşən fişəng fabrikində qeydə alınıb.

Hadisə nəticəsində bir nəfər ölüb, bir nəfər isə xəsarət alıb.

Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub.
  • Sosial şəbəkədə paylaş