Ermənistandan İran sərhədinədək uzanan tunelin tikintisinə start verilib

Ötən həftə Ermənistandan İran sərhədinədək uzanan tunelin tikintisinə start verilib. Ermənistanda İran sərhədinə yaxın ərazidə yerləşən və beynəlxalq Şimal-Cənub nəqliyyat marşrutunun əsas hissələrindən biri olacaq 7,2 kilometrlik Kacaran tunelinin tikintisinə rəsmi olaraq başlanılıb. Məlumata görə, mərasimdə İran prezidenti Məsud Pezeşkianın müavini Seyid Həmid Purməhəmmədi, Ermənistanın baş nazirinin müavini Mher Qriqoryan, Ərazi İdarəetmə və İnfrastruktur naziri David Xudatyan, diplomatik korpusun nümayəndələri, parlament deputatları və digər qonaqlar iştirak ediblər.
  • Sosial şəbəkədə paylaş