Çin Kommunist Partiyası üzvlərinin sayı 101 milyon nəfəri keçib

Çin Xalq Respublikasında (ÇXR) Çin Kommunist Partiyasının (ÇKP) yaranmasının 105 illik yubileyi qeyd olunur.

“Sinxua” agentliyinə istinadla xəbər verir ki, yubiley münasibətilə keçirilən tədbirlərdə ÇXR-in Sədri Si Cinpin, Çinin dövlət və hökumət nümayəndələri iştirak edirlər.

Yubiley ərəfəsində məlumat verilib ki, 2025-ci ilin sonunda Çin Kommunist Partiyasının üzvlərinin sayı təxminən 101,29 milyon nəfərə çatıb.

ÇKP Mərkəzi Komitəsinin Təşkilat şöbəsinin məlumatına görə, partiya üzvlərinin sayı illik müqayisədə 1,01 milyondan çox və ya 1 faiz artıb.

2025-ci ilin sonunda ÇKP-nin yerli təşkilatlarının sayı ötən ilin eyni dövrü ilə müqayisədə 181 min artıq olub. Ümumi say isə 3,4 faiz artaraq 5,43 milyonu keçib.
  • Sosial şəbəkədə paylaş