Rusiya ordusunun Kiyevə endirdiyi hava zərbələri nəticəsində Darnitski rayonunda doqquzmərtəbəli yaşayış binasının bir hissəsi dağılıb.
Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin məlumatına əsasən, binadan 17 nəfər xilas edilib, itkin düşən şəxslərlə bağlı məlumatlar var və onların axtarışı davam etdirilir.
Ümumilikdə, Kiyevdə 20-dən çox yaşayış binası hava zərbələri nəticəsində zərər görüb. Xilasedicilər 15 müxtəlif ünvanda əməliyyatları davam etdirirlər.
Məlumata görə, artıq 11 nəfərin öldüyü, 50-dən çox insanın isə yaralandığı təsdiqlənib. Qeyd olunub ki, itkilərin sayının artacağı istisna edilmir.