İran "Amazon"un Bəhreyndə yerləşən məlumat infrastrukturunu vurub

İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Bəhreyndə ABŞ-yə məxsus kommersiya obyektinə zərbə endirdiyini iddia edir.

Bu barədə SEPAH-ın bəyanatını yarırrəsmi Tasnim agentliyi yayıb.

Bəyanatda bildirilib ki, SEPAH-ın Aerokosmik Qüvvələri qanadlı raketlərlə Amazon şirkətinin mərkəzi məlumat infrastrukturunu vurub.

SEPAH iddia edib ki, hücum ABŞ-nin son günlər Darkhovin bölgəsində mülki infrastruktura endirdiyi zərbələrə cavab olaraq həyata keçirilib.

ABŞ və Bəhreyn rəsmiləri isə məsələ ilə bağlı hələlik rəsmi açıqlama verməyiblər.
  • Sosial şəbəkədə paylaş