Tramp Zelenskiyə çağırış edib: Razılaşma əldə olunmasa, nəticəsi çox pis olacaq

Biz Zelenskinin razılaşma əldə etməsini istəyirik.

Bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərə açıqlamasında bildirib.

Tramp ABŞ-nin Ukraynaya böyük həcmdə yardım göstərdiyini, əvəzində isə kədər, ölüm və böyük maliyyə itkisi gördüyünü deyib. O xəbərdarlıq edib ki, razılaşma baş tutmasa, bu, çox pis nəticələnəcək.

ABŞ Prezidenti, həmçinin Avropa ölkələrinin müharibədən yorulduğunu deyib.
  • Sosial şəbəkədə paylaş