Nikita Mixalkov “Besoqon” adlanan müəllif proqramında Rusiyadakı “beşinci kolon”dan danışarkən Mixail Qusmanı hədəfə çıxarıb. Mixalkov Azərbaycan Prezidenti İlham Əliyevin Şuşa Beynəlxalq Media Forumunda Qusman haqda çıxışının bu hissəsini efirə verib. Sitat: “Mixail Qusmanı tanımayanlar üçün qeyd edərdim: o, Azərbaycan xalqının layiqli oğludur. Özü də dediyi kimi, təxminən 40 il Rusiyada ezamiyyədə olub, amma Azərbaycanla əlaqəni heç vaxt kəsməyib, həmişə bizimlə birlikdə olub, daim uğurlarımıza sevinib və çətinliklərə şərik olub”
Bundan sonra Mixalkovu Qusmanı “gizli agent” adlandırıb.O, Qusmanın Rusiyada TASS agentliyində uzun müddət rəhbər post tutduğunu deyib, ona bu illər ərzində yaşadığı ölkənin hansı orden və meddallarının verildiyi sıralayıb. “2025-ci ildə isə görünür, ona verilmiş tapşırıqları yerirə yetirərək öz tarixi vətəninə qayıdıb” deyə, o heç bir əsası olmadan həm Azərbaycan, həm də ölkəsinin hüdudlarından çox-çox kənarda da tanınmış jurnalistə qara yaxmağa çalışıb.