Misirdə 5,2 bal gücündə zəlzələ baş verib

Misirdə 5,2 bal gücündə zəlzələ qeydə alınıb.

Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, zəlzələnin episentri 700 mindən çox əhalisi olan Port Səid şəhərindən 104 kilometr cənub-şərqdə, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.

Hadisə nəticəsində tələfat və ya dağıntılar barədə hələlik məlumat verilməyib.
  • Sosial şəbəkədə paylaş