Rumıniya hökuməti elektrik enerjisi istehlakını məhdudlaşdırmaq qərarına gəlib

Quraqlıq səbəbindən Rumıniya hökuməti elektrik enerjisi istehlakının məhdudlaşdırılmasına dair qərar qəbul edib.

Baş nazir vəzifəsini icra edən İlie Bolojan bunu Nazirlər Kabinetinin iclasından sonra açıqlayıb.

O qeyd edib ki, idxalın axşam saatlarında təmin edilməsi üçün qonşu ölkələrlə danışıqlar aparılıb, ixrac isə yalnız Rumıniyada elektrik enerjisi artıqlığı olan saatlarda həyata keçiriləcək.

Bolojan vurğulayıb ki, əgər Çernavoda Atom Elektrik Stansiyasındakı ikinci reaktor bağlanmalı olarsa və ya pik saatlarda elektrik enerjisi idxalı mümkün olmazsa, belə bir ehtiyac yarana bilər.

Qeyd edək ki, quraqlıq nəticəsində Dunay çayında suyun səviyyəsi kəskin şəkildə aşağı düşdüyündən, Rumıniyanın Çernavoda şəhərindəki Atom Elektrik Stansiyasının 1-ci bloku iyulun 28-də bağlanıb. Vəziyyət belə davam edərsə, ikinci blokun da bağlanma təhlükəsi var.

Çernavoda AES Rumıniyanın elektrik enerjisinin təxminən 20%-ni istehsal edir.
  • Sosial şəbəkədə paylaş