Etna vulkanı oyandı

İtaliyanın Siciliya adasında yerləşən məşhur Etna vulkanında yeni püskürmə qeydə alınıb.

Vulkanın kəskin aktivləşməsi səbəbindən İtaliyanın Kataniya şəhərindəki beynəlxalq hava limanı təyyarələrin qəbulunu müvəqqəti olaraq dayandırmalı olub.

Təhlükəsizlik tədbirləri çərçivəsində bir neçə aviareys başqa aeroportlara yönləndirilib.
  • Sosial şəbəkədə paylaş