ABŞ Hərbi Hava Qüvvələrinə məxsus Boeing C-17 Globemaster III hərbi-nəqliyyat təyyarəsi avqustun 25-də səhər saatlarında Moskvanın Vnukovo hava limanına enib. Təyyarənin Rusiyaya səfərinin məqsədi hələlik rəsmən açıqlanmayıb.
RCH4555 çağırış kodu ilə uçan təyyarə Moskvaya Riqadan gəlib.
Bort bundan əvvəl iki gün Latviya paytaxtında olub.
Diqqətçəkən əsas məqam təyyarənin ABŞ-dakı ilkin uçuş nöqtəsidir. C-17 avqustun 23-də Merilend ştatının Kemp-Sprinqs ərazisində yerləşən Endryus aviabazasından havaya qalxıb. Bu baza ABŞ rəhbərliyinin hökumət reyslərinin həyata keçirildiyi əsas məntəqələrdən biridir və prezident təyyarələri də burada yerləşdirilir.
Hazırda Amerika hərbi təyyarəsinin Moskvaya nə gətirdiyi və ya kimi aparmaq üçün gəldiyi barədə rəsmi məlumat yoxdur.
Maraqlıdır ki, Ukrayna müharibəsi başlayandan sonra Endryus aviabazasından Vnukovoya buna bənzər uçuş artıq həyata keçirilib. 2025-ci ilin fevralında ABŞ HHQ-yə məxsus Gulfstream C-37B Moskvaya gəlmişdi. Sonradan məlum olmuşdu ki, həmin təyyarə ABŞ həbsxanasından azad edilən rusiyalı Aleksandr Vinniki aparmaq üçün göndərilib. Vinnik amerikalı Mark Fogel ilə bağlı razılaşma çərçivəsində azad edilmişdi.
İndiki reysi daha maraqlı edən başqa detal da var. Moskvaya gələn konkret C-17 əvvəllər yüksək səviyyəli beynəlxalq tədbirlər üçün avadanlıq və personalın daşınmasında istifadə olunub. Təyyarə Vladimir Putinlə Co Baydenin Cenevrə sammitinə hazırlıq zamanı da belə missiyaya cəlb edilib.
Uçuş ABŞ-Rusiya təmaslarının intensivləşə biləcəyi barədə xəbərlərin yayıldığı vaxta təsadüf edir. Son həftələrdə ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Cared Kuşnerin Ukrayna üzrə danışıqlar çərçivəsində Rusiyaya mümkün səfərindən danışılır. Lakin onların Moskvaya səfərinin tarixi rəsmən açıqlanmayıb və C-17-nin məhz bu mümkün səfətlə əlaqəli olduğuna dair təsdiq yoxdur.
Hələlik bir şey məlumdur: ABŞ-nin hökumət reyslərinin həyata keçirildiyi aviabazadan yola çıxan hərbi-nəqliyyat təyyarəsi Riqa üzərindən Moskvaya gəlib, missiyasının məqsədi isə açıqlanmır.