ABŞ İrana həftəlik sanksiyalar tətbiq etməyi planlaşdırır

Vaşinqton administrasiyası Tehrana təzyiqi artırmaq məqsədilə İranın müxtəlif strukturlarına həftəlik sanksiyalar tətbiq etməyi planlaşdırır.

Bu barədə ABŞ-nin maliyyə naziri Skott Bessent “Reuters” agentliyinə müsahibəsində deyib.

O bildirib ki, sanksiyalar hər həftə əhəmiyyətli dərəcədə artacaq: “Biz banklardan başlayırıq. Onlara İran pullarını saxlamağın və rejimi dəstəkləməyin qəbuledilməz olduğunu deyəcəyik".

Bessent əlavə edib ki, ABŞ 31 avqust - 1 sentyabr tarixlərində Şimali Karolinanın Aşvill şəhərində keçiriləcək G20 maliyyə nazirlərinin görüşündə digər ölkələrin nümayəndələrini İranla əlaqələrə görə sanksiyaların mümkünlüyü barədə xəbərdar edəcək.
  • Sosial şəbəkədə paylaş