İran ordusunun Baş Qərargahı ötən gecə baş verən hadisələrlə bağlı bəyanat yayıb

“İrana qarşı istənilən təcavüzə dəfələrlə daha ağır cavab verəcəyik”.

Bu sözlər İran ordusunun Baş Qərargahı bəyanatında öz əksini tapıb.

ABŞ-ın regiondakı bəzi ölkələrin ərazisi, hava məkanı və sahillərindən istifadə etməsinə münasibət bildirilən bəyanatda həmin ölkələrin öz ərazilərinin bu məqsədlə istifadəsinə icazə vermədikləri barədə rəsmi açıqlamalarına baxmayaraq, ABŞ-ın bu imkanlardan istifadə etdiyi qeyd olunub.

“İndiyədək döyüş meydanında göstərdiyimiz kimi, qonşularımızın milli suverenliyinə hörmət etməklə yanaşı, heç bir təcavüzü heç vaxt qəbul etməyəcəyik və buna dəfələrlə daha ağır cavab verəcəyik”, - bəyanatda deyilir.

İran ordusunun Baş Qərargahı ABŞ ordusunun regiondan çıxmaqdan başqa yolu olmadığını vurğulayıb.
  • Sosial şəbəkədə paylaş