Ukrayna diplomatik görüşlər zamanı Rusiyanın mümkün hava atəşkəsi ilə bağlı cavabını gözləyir.
"Report"un xəbərinə görə, bu barədə "RBK-Ukraina" Ukrayna Prezident Aparatındakı mənbəyə istinadən məlumat verib.
Mənbənin sözlərinə görə, hava atəşkəsi xüsusi müzakirə olunub və buna görə də Amerika tərəfi məsələni Rusiya ilə müzakirə etməli idi.
"Bu, diplomatik görüşlər zamanı qəbul edilmiş təcrübədir, biz onlara hücum etmirik, onlar isə Ukraynaya hücum etmir və bu, müəyyən coğrafi və zaman çərçivələri daxilindədir", - mənbə izah edib.
Prezident Aparatı vurğulayıb ki, Rusiyanın təklifə ABŞ vasitəsilə hansı cavab verəcəyi bu gecə məlum olacaq.
"RBK-Ukraina"nın müdafiə qüvvələrindəki, o cümlədən cəbhə xəttindəki mənbələri sentyabrın 7-də günün sonuna qədər zərbələri dayandırmaq barədə döyüş əmrləri aldıqlarını bildiriblər.
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkov və kürəkəni Cared Kuşnerin əvvəlcə Moskvaya, sonra isə Kiyevə səfər edəcəyini təsdiqləyib. Daha sonra NYT mənbələrə istinadən xəbər verib ki, Vaşinqton səfərlər zamanı hər iki tərəfdən qarşılıqlı hücumları dayandırmağı xahiş edib.