Türkiyədə "Airbus A340" tipli sərnişin təyyarəsində yanğın oldu

Türkiyənin Kocaeli vilayətində "Airbus A340" tipli sərnişin təyyarəsində baş verən yanğın təşvişə səbəb olub.

Yanğınsöndürmə işləri zamanı təyyarənin qopan quyruq hissəsi yanğınsöndürən maşının üzərinə düşüb.

Məlumata görə, hadisə Şekerpınar məhəlləsi, Muhsin Yazıçıoğlu küçəsində yerləşən "UçakPark"da uçuş ömrünü başa vurduqdan sonra elm mərkəzinə çevrilən "Airbus A340" tipli sərnişin təyyarəsində baş verib.

Hadisə zamanı xəsarət alanların olub-olmadığı və təyyarəyə nə qədər ziyan dəydiyi hələ ki dəqiqləşməyib.

Qeyd edək ki, Aviasiya Elm Mərkəzi kimi fəaliyyət göstərən "Airbus A340" sərnişin təyyarəsi 2018-ci ildə 14 iri yük avtomobili ilə əraziyə daşınmışdı. Qanadlarının eni 60, uzunu isə 64 metr olan bu hava gəmisi 1,7 hektarlıq ərazidə quraşdırılaraq istifadəyə verilmişdi.
  • Sosial şəbəkədə paylaş