Rusiya xarici işlər naziri Sergey Lavrov Kiyevin amerikalı danışıqçılar Stiv Uitkoff və Cared Kuşnerin təqdim etdiyi təkliflərlə bağlı açıqlamalarını spekulyasiya adlandırıb.
Rusiyalı nazir Uitkoff və Kuşnerin "Moskvaya gətirdiyi və sonra Kiyevə apardığı" təklifləri şərh etməkdən imtina edib.
Lavrov ölkəsinin diplomatik ənənəsinin ictimaiyyətlə bölüşmək qərarına gəlinən şeylərlə məhdudlaşmağı tələb etdiyini deyib.
Rusiya xarici işlər naziri qeyd edib ki, Moskvada amerikalı danışıqçılarla aparılan müzakirələrin mahiyyəti Donald Trampın mövqeyinə əsaslanır, bu mövqeyə Ukraynanı NATO-ya cəlb etməmək və yerdəki reallıqları tanımaq daxildir.
Lavrov vurğulayıb ki, ABŞ Ukrayna nizamlanmasının baza prinsiplərini tanıyır və onların ətrafında faydalı olmağa çalışır ki, bu da dəstəyə layiqdir.
Onun sözlərinə görə, Rusiya ilə Ukrayna məsələsini müzakirə edərkən amerikalılar yerdəki reallıqlara əsaslanaraq çıxış edirlər. "Buna görə də, Moskva dialoqu davam etdirməyə hazırdır".
Qeyd edək ki, Ukrayna mətbuatı Amerika nümayəndə heyəti tərəfindən təqdim edilən sülh planını ətraflı şəkildə əks etdirən məlumatlar dərc edib. Məlumatlara görə, sənəd Ukrayna Silahlı Qüvvələrinin BMT kontingentinin yerləşdirilə biləcəyi Donbas və Zaporojye bölgəsindən çıxarılması, Kiyevin ərazini zorla geri almaq cəhdlərindən imtina etməsi və Ukraynanın NATO və digər hərbi ittifaqları istisna edən bitərəf statusu nəzərdə tutur.
Bundan əlavə, sənəddə Ukraynada seçkilərin və referendumun keçirilməsi, konstitusiyaya düzəliş edilməsi, silahlı qüvvələrin sayının məhdudlaşdırılması və dil məsələləri üzrə razılaşmaların əldə edilməsi nəzərdə tutulur.