Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) Direktorlar Şurası çərşənbə günü Suriyanın öhdəliklərini yerinə yetirməməsi ilə bağlı məsələni bağlayıb.
Qərar rəsmi səsvermə keçirilmədən, konsensus əsasında qəbul olunub. Bununla da 2011-ci ildə Suriya ilə bağlı başlanan prosedura son qoyulub.
Suriya bir neçə gün əvvəl BAEA ilə tam əməkdaşlığa və şəffaflığa sadiqliyini təsdiqləyərək, Direktorlar Şurasının gündəliyindəki “öhdəliklərin yerinə yetirilməməsi” bəndinin ləğv edilməsinə və məsələnin bağlanmasına çağırıb.
Suriya Xarici İşlər Nazirliyi və Atom Enerjisi Komitəsi məsələ ilə bağlı görülən tədbirlər barədə məlumat verib. Bildirilib ki, əvvəllər bəyan edilməmiş nüvə materialları könüllü şəkildə açıqlanıb, beynəlxalq təminatlar və nəzarət rejiminə cəlb edilib.
Suriya hakimiyyəti, həmçinin 18 ildən artıq müddətdən sonra Deyr əz-Zor ərazisindəki obyektə BAEA müfəttişlərinin girişinə icazə verildiyini, nüvə materiallarının aşkarlandığı digər, əvvəllər bəyan edilməmiş obyekt barədə isə agentliyə məlumat təqdim olunduğunu açıqlayıb.
Qeyd edək ki, BAEA 2011-ci ildən Suriyanı Deyr əz-Zorda ehtimal olunan nüvə reaktorunu bəyan etməməsi və agentliyin sorğularına tələb olunan məlumatları təqdim etməməsi ilə əlaqədar öhdəliklərini yerinə yetirməməkdə ittiham edirdi. BAEA-nın son hesabatlarından birində Suriyadakı obyektlərdən birində, ümumilikdə, təxminən 73 ton təbii uranın, o cümlədən 55 ton uran yanacağı ilə yanaşı, 18 tona yaxın uran qalıqları və tullantılarının aşkarlandığı bildirilib.