Rusiya Qəhrəmanı general-leytenant Sergey Milçakov HƏLAK OLDU

Rusiya Cənub Hərbi Dairəsinin 51-ci ordusunun qərargahına endirilən sərrast raket zərbəsi nəticəsində ordu komandiri, general-leytenant Sergey Milçakov həlak olub.

Hadisə barədə Rusiya hərbi mənbələri və Z-propaqandistləri məlumat paylaşıb.

Rusiya tərəfini dəstəkləyən tanınmış təbliğatçı Anastasiya Kaşevarova baş verən hadisə ilə bağlı xəyanət şübhələrini dilə gətirib:

"Düşmən hədəfi çox dəqiq vurdu, bu isə o deməkdir ki, qərargahın dəqiq koordinatları və yerləşdiyi məkan məhz daxildən sızdırılıb".

Qeyd edək ki, general-leytenant Sergey Milçakov Rusiya Prezidenti Vladimir Putin tərəfindən ölkənin ən ali mükafatı olan "Rusiya Qəhrəmanı" adı ilə təltif edilmişdi.

O, Rusiya Silahlı Qüvvələrinin Pokrovsk-Dobropolye istiqamətində həyata keçirdiyi əsas hücum əməliyyatlarına birbaşa rəhbərlik edən əsas komandirlərdən biri idi.
  • Sosial şəbəkədə paylaş