Gürcüstanın Baş naziri İrakli Kobaxidze ölkə daxilində rus düşmənçiliyinə qarşı sərt mübarizə aparılacağını açıqlayıb.
Kobaxidze “Rustavi-2” telekanalının efirində radikal müxalifəti ölkə daxilində rus düşmənçiliyi yaymaqda ittiham edib.
Baş nazir bildirib ki, ümumilikdə ksenofobiya, xüsusilə də rus düşmənçiliyi qonaqpərvərliyi və tolerantlığı ilə tanınan gürcü xalqına xas olmayan “ən qaranlıq təzahürlərdəndir”.
“Rus düşmənçiliyi həm siyasi eskalasiyaya gətirib çıxara, həm də iqtisadi problemlər yarada bilər. Risklər mövcuddur, biz ayıq olmalı və rus düşmənçiliyini kökündən məhv etməliyik”, – deyə İrakli Kobaxidze bildirib.
Xatırladaq ki, Kobaxidze bundan əvvəl də Rusiya ilə bağlı diqqətçəkən açıqlama vermişdi. O, 1783-cü ildə çar II İraklinin Rusiya imperiyası ilə Georgiyevsk müqaviləsini imzalamasını “yeganə düzgün və alternativsiz qərar” adlandırmışdı. Baş nazirin sözlərindən belə çıxırdı ki, məhz Rusiya ilə bağlanan həmin müqavilə Gürcüstanın bir millət və dövlət kimi yox olmaqdan xilas olmasına imkan verib və bugünkü müstəqil Gürcüstan dövlətinin mövcudluğunda həlledici rol oynayıb.