Çində tekstil fabrikində yanğında 8 nəfər ölüb

Çinin Quandon əyalətinin Foşan şəhərində tekstil fabrikində baş verən yanğında 8 nəfər ölüb.

Şəhər hökumətinin məlumatına istinadla xəbər verir ki, yanğın sentyabrın 20-də axşamüstü başlayıb. Axtarış-xilasetmə əməliyyatı zamanı 8 nəfərin meyiti tapılıb, xəsarət alan bir nəfər xəstəxanaya yerləşdirilib.

Hadisə yerində axtarış işləri davam edir.
  • Sosial şəbəkədə paylaş