Əraqçi sentyabrın 30-dək Nyu-Yorkda QALACAQ

İranın xarici işlər naziri Abbas Əraqçinin başçılıq etdiyi nümayəndə heyəti sentyabrın 30-dək Nyu-Yorkda qalacaq.

Bu barədə "Ynet" nəşri İran mənbələrinə istinadən məlumat yayıb.

Qərarın rəsmi səbəbləri açıqlanmasa da, bu addımın arxasında mühüm diplomatik səylərin dayandığı ehtimal edilir.

Xatırladaq ki, İran heyəti ABŞ-yə BMT Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək məqsədilə gəlib. Sessiyanın yüksək səviyyəli ümumi müzakirələrinin sentyabrın 28-də başa çatacağı gözlənilir.

Nümayəndə heyətinin tədbir bitdikdən sonra da şəhərdə qalması, böyük ehtimalla, Vaşinqton və Tehran arasında diplomatik danışıqlar prosesini bərpa etmək cəhdləri ilə bağlıdır.
  • Sosial şəbəkədə paylaş