Gürcüstan və Özbəkistan rəsmiləri Orta Dəhlizin perspektivlərini müzakirə ediblər

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Gürcüstan-Özbəkistan Hökumətlərarası İqtisadi Əməkdaşlıq Komissiyasının 11-ci iclası çərçivəsində ölkədə səfərdə olan Özbəkistanın İnvestisiya, Sənaye və Ticarət naziri Laziz Kudratov ilə görüşüb.

Görüşdə ikitərəfli münasibətlərin cari vəziyyəti müzakirə olunub.

Görüşdə ticarət, investisiya, turizm və işgüzar əlaqələrin inkişaf perspektivlərinə, həmçinin nəqliyyat və logistika sahəsində əməkdaşlığın gücləndirilməsinə xüsusi diqqət yetirilib.

Söhbət zamanı Orta Dəhlizin əsas tranzit və logistika əlaqələrindən biri kimi rolu və regional əlaqələrin gücləndirilməsinə xidmət edən nəqliyyat infrastrukturunun inkişafına yönəlmiş irimiqyaslı layihələrin əhəmiyyəti vurğulanıb.
  • Sosial şəbəkədə paylaş