İsrail ordusunda xidmət etdiyi iddia olunan Türkiyə-İsrail ikili vətəndaşı Klodya Medina İstanbuldakı ticarət mərkəzlərindən birində etirazla qarşılaşıb.
KİV xəbər verir ki, AVM-də toplaşan aksiyaçılar "Ölkəmizdə sionist istəmirik" şüarları səsləndiriblər.
Gərginliyin artması səbəbindən ticarət mərkəzi təxliyə edilib, Medina isə mühafizəçilərin müşayiəti ilə ərazidən uzaqlaşdırılıb. İnsidentdən dərhal sonra İsrail Xarici İşlər Nazirliyi baş verənləri "utancverici və qəbuledilməz" adlandıraraq Türkiyəyə qarşı kəskin bəyanat yayıb.
İstanbulda baş verən bu hadisə sosial şəbəkələrdə və beynəlxalq mediada geniş əks-səda doğurub.
Medinanın İsrail əsgərlərini "sağlamlıq turizmi" adı altında Türkiyəyə gətirərək müalicə olunmalarını təmin etdiyi və övladlarının da İsrail ordusunda xidmət etdiyi iddia edilir. Məhz bu səbəbdən 7 Oktyabr Hərəkatı oktyabrın 16-da Klodya Medinanın İsrail hərbçilərinə yerləşmə və tibbi xidmət göstərilməsində vasitəçilik etməsi iddiası ilə İstanbul Respublika Baş Prokurorluğuna müraciət edib.
İsrail Xarici İşlər Nazirliyi rəsmi sosial media hesabından yaydığı açıqlamada təkcə etiraz aksiyasını qınamaqla kifayətlənməyib, həm də rəsmi Ankaraya qarşı ağır ittihamlar irəli sürüb. Nazirlik Türkiyənin HƏMAS üzvlərinə dəstək verdiyini iddia edərək, İsrail və Türkiyə vətəndaşı olan bir qadının İstanbulda təzyiqlərə məruz qaldığını bildirib.