Avropa İttifaqı (Aİ) artıq suveren dövlətlər qrupu deyil

“Avropa İttifaqı (Aİ) artıq suveren dövlətlər qrupu deyil”.

Xarici mediaya istinadla xəbər verir ki, “Almaniya üçün Alternativ” (AfD) təşkilatının həmsədri Alis Vaydel gözlənilməz bir etiraf edib.

"Mənim fikrimcə, Avropa İttifaqı artıq suveren dövlətlər qrupu deyil. Biz Avropa İttifaqını yenidən qurmalıyıq; milli parlamentlərə və hökumətlərə səlahiyyətləri bərpa etməliyik", - deyə o bildirib.

Onun sözlərinə görə, hazırda yalnız birbaşa seçilməyən Avropa Komissiyası Aİ qanunlarını təklif edə bilər. Vaydel qeyd edib ki, bu, "qarşılıqlı nəzarət və demokratik qərar qəbuletmə sisteminin ciddi şəkildə pozulmasıdır".

Daha əvvəl Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen Aİ-nin Rusiyaya qarşı enerji sanksiyalarının ləğvi ehtimalına münasibət bildirib. "Hazırkı müzakirələr fonunda mən tamamilə aydın olmaq istəyirəm: bu sanksiyalar Rusiya müharibəni bitirənə qədər qüvvədə qalacaq", - deyə o bildirib.
  • Sosial şəbəkədə paylaş