Albaniya parlamentində deputatlar arasında əlbəyaxa dava düşüb

Albaniyada parlamentin iclası zamanı hakim Sosialist Partiyasının və müxalif Demokratik Partiyanın deputatları arasında fiziki qarşıdurma baş verib.

Bu barədə CNA portalı məlumat yayıb.

Məlumata görə, deputatlar bir-birini təhqir edib, müxalifət isə parlamentin tribunasını bloklayıb. Gərginlik nəticəsində deputatlar arasında əlbəyaxa dava düşüb.
  • Sosial şəbəkədə paylaş