Parisdə naməlum kişi avtomobildən atəş açıb: 1 nəfər ölüb, 4 yaralı var

Parisdə naməlum kişi avtomobildən insanlara atəş açıb.

BFM TV xəbər verir ki, hadisə nəticəsində bir nəfər ölüb, daha 4 nəfər isə xəsarət alıb.

Ölü sayının arta biləcəyi istisna edilmir.

Hadisəni törədən şəxs polis tərəfindən saxlanılıb. Onun kimliyi hələlik açıqlanmayıb.
  • Sosial şəbəkədə paylaş