Yaponiyalı milyarder, SFCG maliyyə korporasiyasının qurucusu Kenşin Oşimanın oğlu Yoşihito Oşima Laosun paytaxtı Vyentyanda güllələnərək öldürülüb.
Laoslu fəal Cozef Akaravonqun sözlərinə görə, hadisə oktyabrın 14-də axşam saatlarında Vyentyandakı yaşayış komplekslərindən birinin yaxınlığında qeydə alınıb. Naməlum şəxslər Yoşihito Oşimaya avtomobil dayanacağında silahlı hücum ediblər.
Akaravonq həmçinin hadisənin əks olunduğu iddia edilən müşahidə kamerası görüntülərini yayımlayıb.
Yoşihito Oşimanın rəhbərlik etdiyi “LALCO” (Lao ASEAN Leasing Public Company) şirkəti onun ölümünü yalnız oktyabrın 19-da sosial şəbəkə hesabında elan edib. Lakin paylaşım sonradan silinib. Şirkət ölümün səbəbi barədə məlumat verməyib.
Oşimanın vəfatından sonra şirkətin direktoru vəzifəsinə onun həyat yoldaşı Yuriko Oşima təyin edilib.
Yerli media və Laos polisi hadisənin təfərrüatları ilə bağlı hələlik rəsmi açıqlama yaymayıb.
Qeyd edək ki, “LALCO” Vyentyanda yerləşən maliyyə lizinq şirkətidir. Şirkət əsasən Yaponiya istehsalı olan avtomobil və motosikletlərin lizinqi üzrə xidmət göstərir.