COP29-da iştirak üçün Bakıya kimlər gəlib?- SİYAHI

Bir sıra ölkələrin dövlət başçıları, nazirlər və digər hökumət rəsmiləri COP29 konfransında iştirak üçün Bakıya gəlib.

Musavat.com xəbər verir ki, bu saata qədər Belarus, Slovakiya, İraq, Nepal, Finlandiya, Serbiya, Şimali Makedoniya, Zimbabve, Surinam, Qana, Monqolustan, Qvineya-Bisau Respublikasının və başqa ölkələrin dövlət başçıları, həmçinin Tanzaniyanın vitse-prezidenti, bundan başqa San-Tome və Prinsipi Demokratik Respublikasının Baş naziri Patris Emeri Trovoada da Bakıya gəlib.

İslam dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ISESCO) Baş direktoru Salim bin Məhəmməd Əl-Malik və Antiqua, Barbuda Respublikasının Baş naziri Qaston Braun, Burundi Respublikasının vitse-prezidenti Bazombanza, Niuenin Baş naziri Dalton Emani Makamau Taqelaqi, Malavi Respublikasının vitse-prezidenti Mixael Bizuik Usi və Anqola Respublikasının vitse-prezidenti Esperança da Kosta da Bakıda keçirilən COP-29-da iştirak edir.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə Səudiyyə Ərəbistanı səfərindən sonra COP-da iştirak etmək üçün birbaşa Azərbaycana gələcək.

Çin Xalq Respublikasının Baş nazirinin müavini Din Syuesyan COP29 iqlim sammitində iştirak etmək üçün gələn həftə Azərbaycana səfər edəcək. Cənab Din 12 noyabrda başlayacaq COP29-da liderlər sammitində Çin Sədri Si Jinpinin xüsusi nümayəndəsi olacaq.

Bundan əlavə, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədri Denis Beçiroviç və Heyətin üzvü Jelka Tsviyanoviç və Asiya İnkişaf Bankının (ADB) prezidenti Masatsuqu Asakava noyabrın 10-da Azərbaycana səfərə gəliblər.

Konqo prezidenti və Yəmənin vitse- prezidenti də Azərbaycandadırlar. Gürcüstanın Baş naziri İrakli Kobaxidze və

İran İslam Respublikasının vitse-prezidenti Şina Ənsari də artıq Bakıdadırlar.
  • Sosial şəbəkədə paylaş