Bu qələbə mənim üçün çox önəmlidir. Yarış ərzində hər şey mükəmməl getməsə də, komanda ilə birlikdə düzgün strategiya seçdik və nəticədə qalib gəldim.
Bu sözləri Formula 2 üzrə Azərbaycan Qran-Prisində əsas yarışın qalibi Cek Krauford (“DAMS”) mətbuat konfransında deyib.
Amerikalı pilot Bakı trasında rəqabətin çox gərgin olduğunu bildirib: “Xüsusən də son dövrlərdə mövqeyimi qorumaq asan olmadı. Komandama göstərdikləri dəstəyə görə təşəkkür edirəm. Bu nəticə onların əməyi sayəsində mümkün oldu. Azarkeşlərin yaratdığı atmosfer də inanılmaz idi. Qarşıdakı yarışlarda da bu tempimizi qoruyub daha yaxşı nəticələr göstərməyə çalışacağıq”.